AASGO

İkinci Peritoneal Xərçəng Nədir?

Bədənin istənilən hissəsində yaranan xərçəng peritona yayıla bilər. Belə xərçənglər ikinci  peritoneal xərçənglər və ya peritoneal metastazlar adlanır.

Peritona Ən Çox Yayılan Xərçəng Növləri

Aşağıdakı xərçəng növləri peritona yayılaraq peritoneal metastazlara səbəb ola bilər:

  • Yoğun və düz bağırsaq xərçəngi (Kolorektal xərçəng)

  • Yumurtalıq xərçəngi

  • Mədə xərçəngi (Qastrik xərçəng)

  • Appendiks (çəkik bağırsaq) xərçəngi

Peritona Ən Çox Yayılan Xərçəng Növləri

Aşağıdakı xərçəng növləri peritona yayılaraq peritoneal metastazlara səbəb ola bilər:

  • Yoğun və düz bağırsaq xərçəngi (Kolorektal xərçəng)

  • Yumurtalıq xərçəngi

  • Mədə xərçəngi (Qastrik xərçəng)

  • Appendiks (çəkik bağırsaq) xərçəngi

Birbaşa Peritondan Başlayan Xərçənglər

Bəzən xərçəng birbaşa peritonun özündən başlayır. Bu halda birincili peritoneal xərçəng adlanır. Nadir rast gəlinən bu hal aşağıdakı növlərdə müşahidə olunur:

  • Peritoneal mezotelioma

  • Birincili peritoneal seroz karsinoma (PPSC) — bu xərçəng tipi yumurtalıq xərçənginə bənzəyir.

Peritoneal Yayılma Riski Yüksək Olan Xərçənglər

Aşağıdakı xərçəng növləri peritona yayılmaq ehtimalı daha yüksək olan növlər hesab olunur:

  • Kolorektal xərçəng

  • Yumurtalıq xərçəngi

  • Mədə xərçəngi

  • Appendiks xərçəngi

  • Öd kisəsi xərçəngi

  • Qaraciyər xərçəngi

  • Mədəaltı vəzi xərçəngi

  • Süd vəzi xərçəngi

Peritoneal xərçənglər həm birbaşa peritondan, həm də digər orqanlardan yayılaraq yarana bilər. Əgər sizdə və ya yaxınlarınızda qarın boşluğu ilə bağlı şiş, ağrı və ya narahatlıq hiss edilirsə, erkən diaqnostika və həkimə müraciət həyati əhəmiyyət daşıyır.

Digər xəstəliklər haqqında

Daha ətraflı