AASGO

AZƏRBAYCAN CƏRRAHİYƏ, QASTROENTEROLOGİYA VƏ ONKOLOGİYA ASSOSİASİYASI

Cərrahiyə, qastroenterologiya və onkologiya sahələrində ixtisaslaşmış mütəxəssisləri bir araya gətirən elmi və peşəkar platforma.

Biz Kimik?

Azərbaycan Cərrahiyə, Qastroenterologiya və Onkologiya Assosiasiyası ölkəmizdə bu üç əsas tibbi sahədə çalışan mütəxəssisləri bir araya gətirərək elmi əməkdaşlığı və təcrübə mübadiləsini təşviq edir. Assosiasiya həkimlərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, əhali arasında sağlamlıq maarifləndirilməsini gücləndirməyi və ictimai sağlamlığın yaxşılaşdırılmasına töhfə verməyi hədəfləyir.

Vizyonumuz

Azərbaycan və regionda qabaqcıl tibbi biliklərin paylaşılması üçün nüfuzlu və güvənilən bir assosiasiya olmaq.

Missiyamız

Peşəkarların davamlı inkişafına dəstək olmaq və əhali arasında tibbi maarifləndirməni gücləndirmək

Üzvlük

Üzvlərimizə müxtəlif imtiyazlar təqdim edirik:

Mötəbər elmi tədbirlərdə iştirak etmək fürsəti

Beynəlxalq auditoriyaya çıxış qazanmaq

Sertifikatlaşdırılmış təlimlər

Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə yer almaq fürsəti

Partnyorlar və Sponsorlar

Assosiasiyamızın əməkdaşlıq etdiyi təşkilatlar və sponsorlara təşəkkür edirik!